İllər öncə ailə quraraq səhnədən gedən müğənni, “Eurovision” təmsilçimiz Aysel Teymurzadə (Adıgözəlzadə) sosial media hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, "İnstagram" hesabında yeni foto yayımlayıb. Fotoda onun qucağında it görsənir.
Abunəçiləri müğənninin gözəlliyindən heyran qaldıqlarını gizlətməyiblər.
Xatırladaq ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailə qurub. Onların üç övladı var.
Bizim.Media