Xalq artisti Aygün Kazımova xanımlardan yaşının soruşulmasına etiraz edib.
Bizim.Media xəbər verir ki, Aygün Kazımova qadınların xoşbəxt hiss etdikləri yaşda olduqlarını bildirib:
"Əzizlərim, bilin ki, xanımların yaşı olmur. Hansı həyat yoldaşı, yarı xanımını nə qədər xoşbəxt edirsə, xanımın yaşı o qədərdir".
Xalq artistinin sözləri alqışlarla qarşılanıb.
Qeyd edək ki, Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri, Nizami rayonunda dünyaya gəlib. Onun 54 yaşı var.
Bizim.Media