Rəşad Dağlı bu təklifdən imtina etdi…

Rəşad Dağlı adı uzun illərdir təkcə meyxana məclislərində deyil, insanların yaddaşında da iz buraxıb. Onun səhnədəki duruşu, sözə verdiyi dəyər və sənət yoldaşlarına münasibəti hər zaman xüsusi ehtiramla qarşılanıb. Lakin son zamanlar adı qalmaqallı hadisədə hallanan meyxanaçı ilə bağlı fikirlər birmənalı olmayıb. 

Elə bu məsələyə münasibət bildirən meyxana ustası Ağamirzə də Rəşadın belə bir hadisəyə qarışmasının ağlasığmaz olduğunu deyib.

Bizim.Media xəbər verir ki, tanınmış meyxanaçı Ağamirzə Məmmədov Yenisabah.az-a açıqlamasında həmkarı Rəşad Dağlı ilə bağlı fikirlərini bölüşüb. 

Onun sözlərinə görə, Rəşadın ailəsi ilə birbaşa əlaqəsi olmasa da, atası və qardaşı ilə tez-tez ünsiyyətdə olur:

“Nə yalan deyim, mən Rəşadın ailəsi ilə o qədər də maraqlanmıram. Amma atası və qardaşı ilə danışıram. Bildiyimə görə, Baləli, Orxan, Ruslan onun ailəsinə daha yaxından dəstək olurlar. Mən də qardaşı və atası ilə yaxınam. Hətta bu yaxınlarda atası ilə oturub uzun-uzadı söhbət etdik”.

Ağamirzə həmçinin Rəşad Dağlının meyxana aləmində və məclislərdə hər zaman hörmətlə yad edildiyini bildirib:

“Məclislərdə də adı tez-tez çəkilir. Çünki Rəşad həmişə hörmətli, izzətli insan olub. Bu hörməti mənə də hər zaman hiss etdirib. Meyxana deyəndə də bunu açıq şəkildə göstərirdi. Bir dəfə mənə təklif etdilər ki, Rəşadla deyişmə edim. Amma o, bu təklifdən imtina etdi və dedi ki, “bu, mənlik deyil, edə bilmərəm”. Bu cür davranışlarını çox yerdə görmüşəm”.

Meyxana ustası sonda baş verən hadisənin onun üçün gözlənilməz olduğunu da qeyd edib:

“Heç ağıla gələn deyildi ki, belə bir hadisəyə qarışsın. Allah hər iki tərəfə səbir versin. Ağır  durumdur. Amma Rəşadı tanıyan biri kimi deyə bilərəm ki, o, hər zaman təmkinli, ölçülü-biçili insan olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

End of content

No more pages to load

RADİO