Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov növbəti açıqlaması ilə diqqət çəkib.
Bizim.Media-nın məlumatına görə, o, TikTok canlısında Xalq artisti Aygün Kazımova ilə dostluğundan danışıb.
“Aygün xanım da mənim dostumdur. Gözəl dostluq bacarır. Səmimi qadındır, biz həmişə dostluq etmişik. Aygün xanıma da salamlar. Aygün, hərdən zəng et, mənim nömrəm o biridir. Gecələr zəng edirdin ki, haradasan?”, - deyə, Anar bildirib.
Sara, Bizim.Media