Müğənnidən İDDİALI AÇIQLAMA : “Sənətdən çox başqa söhbətlərlə məşğuldurlar!” - VİDEO

Həzi Aslanov adına Ordu və İdeoloji Mədəniyyət Mərkəzinin “Mahnı və rəqs ansamblı”nın solisti Kəmalə Xəlilli yeni layihələri və sənət fəaliyyəti ilə bağlı açıqlamalar verib.

Bu barədə sənətçi Bizim.Media ilə həmsöhbət olarkən danışıb.

Müğənni bildirib ki, yeni layihələri üzərində çalışır: “Yeni mahnım “Həsrətində”i təqdim etdim. Çox yaxşı qarşılandı, müsbət rəylər yazıldı. Bilirsiniz ki, Həzi Aslanov adına Ordu və İdeoloji Mədəniyyət Mərkəzində çalışıram. “Mahnı və rəqs ansamblı”nın solistiyəm. Konsertlərimizə, 28 May Müstəqillik Günü ilə bağlı tədbirə hazırlaşırıq. Elə indi də tədbirdən gəlirəm.

Qarşıdan yay gəlir, yeni layihələrimiz olacaq. “Həsrətində”dən əvvəl, Eldar Mansurovun bəstəsi olan “Gözlə yağışı” mahnısını təqdim etdim. Yəni bu günlərdə iki mahnım ərsəyə gəlib. Yeni mahnılar, kliplər üzərində çalışıram, planlarım böyükdür. Mən Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm, Rəşid Behbudov adına Mahnı Teatrının solisti olmuşam. Azərbaycan Dövlət Muğam Teatrının ansamblı ilə uzun illər çalışmışam. Ondan da əvvəl Gülarə Əliyevanın “Dan ulduzu” ansamblının solisti olmuşam, yaradıcılığım oradan başlayıb. Mən 17 yaşımdan peşəkar səhnədəyəm, dahi sənətkarlar görmüşəm, musiqiçilərdən bəhrələnmişəm”.

İfaçı həmçinin kliplərinə ayırdığı büdcədən də söz açıb:

“İmkan daxilində, elə çox böyük məbləğlər xərcləyə bilmirəm. Çünki böyük gəlirim, sponsorum yoxdur. Öz əziyyətimlə, dişim-dırnağımla etməyə çalışıram. Elə olur ki, mahnını hədiyyə edirlər, deyirlər ki, “siz gözəl ifa edə bilərsiniz”. Studiyada aranjimana da uşaqlar kömək edirlər. Bu, da bir yerə qədərdir. İnşallah arzularıma nail olduqdan sonra daha böyük məbləğlər ayırıb, daha yaxşı kliplər təqdim edərəm. Hələlik büdcəm o qədər çox deyil”.

K. Xəlilli efir məkanından söz açaraq bildirib ki, yalnız sənəti ilə gündəmə gəlmək istəyir: “Efirdə yaxşı verilişlərimiz var. Amma mən sənətimlə məşğulam. Boş-boş söhbətlər etmirəm, ya da kiməsə söz atmıram, ancaq sənətimlə məşğulam. Bilirsiniz ki, indi sosial şəbəkələrdə sənətdən çox başqa söhbətlərlə məşğuldurlar.

Bizim camaat da bu söhbətlərə meyillidir. Amma illərdir bu sənətdəyəm, 2000-ci illərdən bu günə qədər fəaliyyət göstərirəm. Bir dəfə də söz-söhbətim olmayıb. Halbuki dahilərlə, sənətkarlarla, Xalq artistləri, öz sözünü demiş, nüfuzlu insanlarla bir səhnəni bölüşmüşəm. Çünki biz sənət görmüşük, sənətlə məşğul olmuşuq. Fikirləşməmişəm ki, başqa nəyləsə gündəm olum. Sənətimlə gündəm olmaq istəmişəm. Mən sənətimi çox sevmişəm, sənətimin dəlisi olmuşam. Özümü başqa sahədə görmürəm. Musiqiyə həvəsim sonsuzdur. Qismətimdə varsa, böyük konsert zalları bizi gözləyir”.



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

End of content

No more pages to load

RADİO