Xalq artisti Tünzalə Ağayeva yenə də sevənlərini təəccübləndirib.
Bizim.Media xəbər verir ki, pop star bu dəfə şəxsi “İnstagram” hesabında makiyajsız halını paylaşıb.
Sevilən müğənni videoya bu şərhi yazıb: “Gözəllik sənin özgüvənindədir, qalanları ancaq cizgilər, ştrixlərdir”.
Onun bu cəsarətli addımı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sözügedən videonu təqdim edirik:
Bizim.Media