Müğənni Mənzurə Musayeva estetik əməliyyatlarından danışıb.
Bizim.Media xəbər verir ki, “Rəngarəng”də qonaq olan ifaçı 12 dəfə əməliyyat olunduğunu deyib.
Mənzurə onların çoxunun səhhəti ilə əlaqəli olduğunu vurğulayıb: “Həm xəstəliyimə görə, həm də estetiklə bağlı əməliyyatlar etdirmişəm. Lağ edənlər mənim günümə düşsün.
8-9 dəfə xəstəliyə görə əməliyyat etdirmişəm, 3 dəfə burnum yaxşı alınmadığı üçün bıçaq altına uzandım. Sonuncu dəfə də guya üzgərmə etdirdim, pis günə qaldı. Amma bədən şəkilləndirmə və sairə etdirməmişəm”.
Sara, Bizim.Media