Müğənnilər Aysun İsmayılova ilə Ülviyyə Namazova arasındakı qalmaqal yenidən alovlanıb.
Bizim.Media xəbər verir ki, Ülviyyə “Rəngarəng”də qonaq olarkən Aysunun şəklini cırıb.
Belə ki, o, lövhədəki fotolar sırasından “Haqqında danışmaq istəmədiyim ifaçı” üçün Aysunun şəklini götürüb. Daha sonra fotonu cıran Ülviyyə bunları söyləyib:
“Ondan xoşum gəlmir, dedim axı, danışmadığım insanların fotosunu qoymayın. Nəticəsi nə olacaq? Maşınla üstümdən keçəcəklər. Həm də Rəqsanənin şəklini yox, Aysunun fotosunu cırmışam. İkisi ayrı-ayrıdır. Aysunun 30 yaşı var”.
Sara, Bizim.Media