Keçmiş sevgilisi Danla Bilici döydü – FOTO

Türkiyəli məşhur fenomen Danla Bilic eks-sevgilisi Berk Çetin tərəfindən şiddətə məruz qalıb.

Bizim.Media xəbər verir ki, Danla bununla bağlı instaqram hesabında paylaşım edib.

“Yanvar ayında münasibətimiz bitəndən bəri keçmiş sevgilim Berk Çetin tərəfindən davamlı şəkildə təqib, istismar və təcavüzə məruz qalmışam.O, icazəsiz olaraq yaşayış yerimə yaxınlaşıb, evimə girməyə cəhd edib və müəyyən yollarla buna nail olub da. Hətta kuryer qiyafəsində yaşadığım əraziyə daxil olub və fiziki sağlamlığıma zərər verəcək hərəkətlər edib.

O, sürücümün idarə etdiyi avtomobili izləyib, sürücüm məni qorumaq istəyəndə ona fiziki təzyiq göstərib, təhdid mesajları göndərib, onun ev ünvanını tapıb, ora gedərək bir neçə dəfə onu hədələyib.


Bu hədə-qorxu və təqiblər nəticəsində uzaqlaşdırma qərarının verilməsinə baxmayaraq, Çetin 5 dəfə qadağanı pozaraq üzvü olduğum Atçılıq İdman Klubunun daxilindəki restoranda mənə fiziki şiddət göstərib. Bundan əlavə, o, harada olduğumu öyrənərək məni narahat etməyə davam edib və iş yerimə, sonra isə evimə gələrək ona qoyulan qadağanı yenidən pozub. Bundan sonra əlimdəki kamera görüntüləri ilə prokurorluğa müraciət etdim və vəkillərim vasitəsilə daha ciddi tədbirlərin görülməsini xahiş etdim.

Yenə aprelin 11-i üzvü olduğum idman klubunun restoranında təhlükəsizlik kameralarının qarşısında Berk Çetin tərəfindən açıq və sərt şəkildə yumruqlanaraq döyüldüm. Xəstəxanadan aldığım və şiddət gördüyümü təsdiq edən sənədlə yenidən prokurorluğa müraciət etdim. Hüquqi prosesin effektiv şəkildə aparılmasını və təhlükəsizliyimin təmin olunmasını gözləyirəm. Aylarla susdum və heç bir suala cavab vermədim. Mən qanuni yolla, lazım olduğu kimi müdafiə olunmaq istəyirəm. Baş verənlərə daha dözə bilmirəm və başıma daha pis şeylərin gəlməsini istəmirəm”, - D. Bilic yazıb.

Qeyd edək ki, Berk Çetin İstanbulda yaşayan jokeydir. Onun at yarışları ilə maraqlanan camiədə tanınmış sima olduğu, yarışlara qatıldığı bildirilir. (qafqazinfo.az)
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün qısa iş GÜNÜDÜR

Bacısı Aygün Bəylərin vəsiyyətini AÇIQLADI

Bacısı Aygün Bəylərin vəsiyyətini AÇIQLADI

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Cibləri pul ilə dolacaq 3 bürc

Cibləri pul ilə dolacaq 3 bürc

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Sabahdan 11 günlük tətil başlayır

Sabahdan 11 günlük tətil başlayır

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

"Brent" nefti 112 dollara qədər bahalaşdı

"Brent" nefti 112 dollara qədər bahalaşdı

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

End of content

No more pages to load

RADİO