Azərbaycanlı iş xanımı, model Diana Əhədpur Dubayda spirtli içkilərdən hazırlanan kokteyllərin satışa çıxarıldığı hərraca qatılıb.
Bizim.Media xəbər verir ki, dəbdəbəli məkanda baş tutan hərracda Diana dünyanın ən bahalı kokteylinə 37 500 avro (təxminən 69 956 manat) ödəyib. Onun bu addımı diqqət çəkib.
Qeyd edək ki, Diana iran əsilli biznesmen Manuçehr Əhədpurla evlidir. Hazırda Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) yaşayan keçmiş modelin bu nikahdan bir oğlu var.
Bizim.Media