“Meyvəyə dəymə” deyən molla Namiq Qaraçuxurlunun aktyor qardaşı imiş – FOTO

“Mən aktyor sənətinin təhsilini almamışam. Amma uşaqlıqdan, məktəb vaxtlarımdan bu sənətə həvəsim olub. Sənədlərimi universitetə vermək istədim, amma Birinci Qarabağ müharibəsi başladı. Ona görə də hərbi xidmətə gedəsi oldum. Düşünürdüm ki, vətənin çətin günündə mən yalnız onu qorumalıyam, sənətlə məşğul ola bilmərəm. Hərbidən qayıdandan sonra heç bir həvəs qalmadı. Əlbəyaxa döyüş növü üzrə müəllim işlədim. İdmanla məşğul idim”.

Bizim.Media xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında aktyor Anar Şükürov deyib.

O daha sonra bu sənətə təsadüfən gəldiyini bildirib:

“Aktyor olmazdan öncə şəxsi biznesimlə məşğul olurdum. 2017-ci ildə aktyor Cövdət Şükürov, rejissor Anar Əliyevin dəstəyi ilə Atv-də yayımlanan “Ögey ana” serialında çəkildim. Daha sonra “Təhminə və Zaur”, “Könül yarası” seriallarında rol aldım. Emil Quliyevin “Sonuncu Pərdə” filmindəki molla obrazı ilə məşhurlaşdım. Orada işlətdiyim “meyvəyə dəymə” ifadəsi bütün sosial şəbəkələrdə yayıldı. Bundan sonra bir sıra serial və filmlərə, “Komedixana”-ya dəvət aldım.

Mənə bu sahədə dəstək olan insanların hər birinə təşəkkür edirəm. Gec də olsa arzularım həyata keçməyə başladı. Bir çoxları deyirdi ki, bu sənətin təhsilini də al. Əlbəttə ki, vaxtında istərdim, amma artıq yaşım o yaş deyil. Bu yaşımda əlbəttə ki, parta arxasında otura bilmərəm.

Böyük sənətkarlarla tərəf müqabili oluram, onlardan çox şey öyrənirəm. Hətta efir vasitəsilə də izlədiyim aktyorlardan çox şey götürürəm. Həm dram, həm də komik rollarda çəkilirəm. Hər ikisi məndə yaxşı alınır”.

Anar Şükürov bildirib ki, o meyxanaçı-müğənni Namiq Qaraçuxurlunun doğma qardaşıdır. Lakin heç vaxt onun adından istifadə etməyib:

“Namiq mənim təkcə qardaşım deyil, həm də fəxrimdir. Məndən 3 yaş kiçik olsa da başımın tacıdır. Elə bilmişəm ki, mən kiminsə yanında desəm ki, Namiq Qaraçuxurlunun qardaşıyam, o fikirləşər ki, mən yekəxanalıq edirəm, adından istifadə edirəm. Mən onları bacaran insan deyiləm. İndiyə qədər də Namiqin adını çəkməməyim sırf bununla bağlıdır. Adamlar var ki, bir balaca işıq üzü görünən kimi o dəqiqə yararlanırlar. Bu adamlara fürsətcil insan deyirlər. Namiqin qardaşı olmağımı efirdə Mətanət Əliverdiyeva və Elcan Rəsulov deyiblər”.

Anar Şükürov deyir ki, qardaşı ilə çox gözəl münasibəti var. Hətta ilk debütünü onun klipində edib:

“Namiqlə bizim çox yaxşı münasibətimiz var. Onun prodüseri mənim oğlum İlkindir. İşlərimizlə əlaqədar olaraq tez-tez görüşə bilməsək də, danışırıq da, vaxtaşırı görüşürük də. Bəlkə də hansısa seriala yaxud filmə məni Namiqə görə çağırıblar. Amma mən bunu bilməmişəm. Birinci dəfə Namiqin “Papanın gül balası” klipində çəkilmişəm. Elə ilk dəstəyi də mənə Namiq göstərib.

Hətta oğlum da həmin klipdə rol alıb. O vaxt “Ay Zaur” verilişində bir neçə dəfə Namiqlə birlikdə çıxış etmişəm. Bir yerdə görünməyimiz qətiyyən problem deyil. İlk dəfə seriala çəkiləndə də Namiqdən məsləhət almışam. Mənə deyib ki, bacarırsansa çəkil, bacarmırsansa bu sənətlə məşğul olma. Sonra özü də baxıb, deyib ki, əladır, davamı gəlsin. O mənə desəydi ki, çəkilmə, o dəqiqə imtina edərdim. Namiq 100 ölçüb, bir biçən insandır. Heç vaxt anında nəyisə deməz, düşünüb-daşınar, sonra deyər”.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

"Maska" şousu bu tarixdə BAŞLAYIR

"Maska" şousu bu tarixdə BAŞLAYIR

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

Analitiklər: İranla müharibə may ayına qədər uzana bilər

Analitiklər: İranla müharibə may ayına qədər uzana bilər

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

Buzovnada avtomat AŞKARLANDI

Buzovnada avtomat AŞKARLANDI

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

Laricaninin yerinə bu şəxs GƏTİRİLDİ - İDDİA

Laricaninin yerinə bu şəxs GƏTİRİLDİ - İDDİA

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

Avropa İttifaqı Orbanı məhkəməyə verəcək?

Avropa İttifaqı Orbanı məhkəməyə verəcək?

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

Saat 14:00-dan 16:30-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 14:00-dan 16:30-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO