İradə İbrahimova: “Ərimə deyirəm ki, sanki səni mən doğmuşam”

"Özümü o qədər də gözəl hesab etmirəm. Yaşın da gətirdiyi bir gözəllik var. İç dünyası... O da ola bilər. Onun yanında da xırda toxunuşlar edirəm. Pis örnək olmaq istəmirəm. Əslində mən sağlam həyat tərzi və qidanmaqdan bəhs edirəm. Bacım Nigarın da mənə tövsiyyələri var ki, mən onun məsləhətlərinə sona qədər güvənmişəm, inanmışam".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova "Sabahın xeyir Azərbaycan!" verilişinə müsahibəsində deyib.

Sənətçi qidalanmasından və formada qalmasından söz açıb:

"Elə gün yoxdur ki, sirkəli su içməyim. Oyanan kimi əsla yemək yemirəm. 18:00-dan sonra hər hansısa bir yerə qonaq gedəcəyəmsə, yemək məsələsini yalnız o saata saxlayıram. Yəni o qonaqlıqda yemək yeyirəm və bitirirəm yemək işini. Mütləq şəkildə hər gün özümü 40 dəqiqə yeriməyə məcbur edirəm. Bir də ki həyatımda olmazsa olması kitab oxumaqdır".

İbrahimova biraz da xasiyyətindən bəhs edib:

"Deyirlər ki, biraz sərt ana və həyat yoldaşıyam. Amma bunu mən qəbul etmirəm. Xasiyyət olaraq qarmaqarışıq, dəyişkən insanam. Ruh halım çox dəyişkən olur. Hətta bunu ailə üzvlərim də hərdən vurğulayır. Bəzən qəhqəhə ilə gülə də, bəzən də ağlaya da bilirəm. Yuvanı hər zaman dişi quş qurur. Qadın istəsə huzurlu və huzursuz da ortam yarada bilir. Amma mən hər zaman huzuru sevmişəm. Hətta bəzən həyat yoldaşıma deyirəm ki, sanki səni mən doğmuşam. Müşahidə etməyi çox sevirəm. Onun bir baxışından "belə bir demək istədin" dediyimdə o etiraz edəndə söyləyirəm ki, amma səni çox gözəl tanıyıram. Yenə də bütün yükün qadında olduğunu hesab edirəm. Buna etiraz edənlərə, etiraz edib və yükü biraz həyat yoldaşına yükləyənləri alqışlayıram hər zaman. Mən bunu edə bilmədim. Çünki hər şeyə özüm yetişmək və kontrolumda saxlamağı sevirəm. Bu mənə huzur verdiyi üçün etdim. Bu hal olanda qarşı tərəfdə deyir ki, yəqin bunu edə bilməyəcəyimi düşündüyü üçün bütün yolları sizin üçün açır. Canına da minnət... Qadın yorulur, deyinir".

İradə bildirib ki, özünə qarşı hörmətsizlik və laqeyitsizlik görəndə əsəbiləşir:

"Hörmətsizlik - susa bilməyəcəyim bir vəziyyətdir. Özümə qarşı hörmətsizlik, laqeyitsizlik görsəm... Sərhəd var, onu keçməyə heç kimə icazə vermirəm. Bu uşaqlarım, həyat yoldaşım, bacılarım, heç fərq etmir".

"Ailənizlə yaxın gələcəkdə Türkiyədən Azərbaycana köçməyi düşünürsünüz?" sualına müğənninin cavabı belə olub:

"Bu haqda heç zaman düşünməmişəm. Həyat sürprizlərlə doludur. Bilmək olmaz bəlkə nə zamansa ailəmlə birgə Azərbaycana köçüb, burada yaşaya bilərik"

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub.

Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladı dünyaya gətirib.

Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır. (Olay.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin SSRİ-ni bərpa etmək istəyir? - Kremldən REAKSİYA

Putin SSRİ-ni bərpa etmək istəyir? - Kremldən REAKSİYA

Kamil Zeynallı: “Lazım olsa, ata adı yerinə anamın adını yazdıraram” - VİDEO

Kamil Zeynallı: “Lazım olsa, ata adı yerinə anamın adını yazdıraram” - VİDEO

Afrika Millətlər Kuboku: Açılış matçında Mərakeş qalib gəldi - VİDEO

Afrika Millətlər Kuboku: Açılış matçında Mərakeş qalib gəldi - VİDEO

Rusiyanın iki qırıcı təyyarəsinin məhv edilməsinin ANBAAN VİDEOSU

Rusiyanın iki qırıcı təyyarəsinin məhv edilməsinin ANBAAN VİDEOSU

Azad olunan ərazilərdə 12 şəhərdə quruculuq işləri APARILIR

Azad olunan ərazilərdə 12 şəhərdə quruculuq işləri APARILIR

Bu ailələrə 200 manat birdəfəlik yardım VERİLƏCƏK

Bu ailələrə 200 manat birdəfəlik yardım VERİLƏCƏK

Cevdet Yılmaz Zəfər parkında – FOTO

Cevdet Yılmaz Zəfər parkında – FOTO

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi – SƏRƏNCAM

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi – SƏRƏNCAM

Onlar üçün də həbsxana həyatı sona çatdı – FOTO

Onlar üçün də həbsxana həyatı sona çatdı – FOTO

Dələduzluğa görə həbs olunan Xəyal Həmidov da azadlığa buraxıldı – FOTO

Dələduzluğa görə həbs olunan Xəyal Həmidov da azadlığa buraxıldı – FOTO

Şahin Şıxlınski ilə bağlı QƏRAR VERİLDİ

Şahin Şıxlınski ilə bağlı QƏRAR VERİLDİ

Rusiya Kiyevə 45 ukraynalını təhvil VERDİ

Rusiya Kiyevə 45 ukraynalını təhvil VERDİ

Bu kəndlərə daha 32 ailə yola salındı – FOTO

Bu kəndlərə daha 32 ailə yola salındı – FOTO

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Daha üç klub “Qarabağ”ın legionerinə MARAQ GÖSTƏRİR

Daha üç klub “Qarabağ”ın legionerinə MARAQ GÖSTƏRİR

Bakıda 174 milyonluq qumar oyununun üstü açıldı – ŞOK DETALLAR

Bakıda 174 milyonluq qumar oyununun üstü açıldı – ŞOK DETALLAR

Ağdərə rayonunun Həsənriz kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Ağdərə rayonunun Həsənriz kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Xorvatiya Prezidentindən İlham Əliyevə MƏKTUB

Xorvatiya Prezidentindən İlham Əliyevə MƏKTUB

Amnistiyadan yararlananlar arasında yeniyetmələr də var – FOTOLAR

Amnistiyadan yararlananlar arasında yeniyetmələr də var – FOTOLAR

Cevdet Yılmaz Azərbaycana gəldi - FOTO

Cevdet Yılmaz Azərbaycana gəldi - FOTO

"Səni axtarıram"da saxlanılan Əfsanə AZADLIQDA

"Səni axtarıram"da saxlanılan Əfsanə AZADLIQDA

Neftçalanın sabiq icra başçısının müavini də azadlığa çıxdı

Neftçalanın sabiq icra başçısının müavini də azadlığa çıxdı

Kirkorovun yalanı üzı çıxdı – Vanqa erməni deyil

Kirkorovun yalanı üzı çıxdı – Vanqa erməni deyil

Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

Azadlığa buraxılan Dəniz Əsədovadan İLK AÇIQLAMA – VİDEO

End of content

No more pages to load

RADİO