"Oğlum dünyasını dəyişəndə mənə üç söz dedi"

"Allahımdan xahiş edirəm ki, məni tez övladıma qovuşdursun. Biz Allaha üsyan etməməliyik. Bir müddət qapını bağlayıb tək qalıram ki, məni o cür heç kim görməsin. Hayqırmaq, çığırmaq istəyirəm ki, səsim Allaha qədər çatsın. Çatsın ki, mən niyə bu səhnədəyəm? 1 il yanımda kimisə görmək istəmədim. Gecələr qaçırdım dənizə, elə bağırırdım. Amma Allah mənə güc verdi. Lakin o vulkan içimdə sönmür. Bəzən deyib-gülürəm. Amma o vulkan elə anımda dartır məni ki, sənin sevinməyə haqqın yoxdur".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həftənin qonağı" verilişində deyib.

O, dünyasını dəyişən oğlu Əlinin son sözlərini belə xatırlayır: "Balam dünyasını dəyişəndə mənə üç söz dedi. Halı yox idi, baxdı mənə. Birdən-birə infarkt oldu. Özü başa düşürdü. Amma mən yox. Mədəsində ağrı olduğunu dedi. Plovu çox yedim, özümü pis hiss edirəm, söyləyib uzandı. Dedi özümü yaxşı hiss etmirəm, su istəyirəm.

Evdə də bacım qonaqlarımız var. Dedi, o stakana buz əlavə et. Cavab verdim ki, soyuq olar sənə. Dedi ki, ürəyim yanır, su istəyirəm. Suyu içdi, dedi getmə, ana, sənə söz demək istəyirəm. Mən oturmuşdum, o, isə uzanmışdı. Başını qucağıma aldım. Söylədi ki, ana, bizim əziyyətimizi çox çəkmisən, haqqını mənə halal et. Bu sözü xoşuma gəlmədi. Dedim o nə sözdür, halaldır. Söylədi ki, Tamerlanı (Əlinin oğlu - red.) sənə ümid oluram.

Bir də dedi, heç vaxt səhnəyə qanıqara çıxma, səhnəni buraxma, bu sözlərimi qulağında sırğa kimi saxla. Fikirləşirdim ki, uşaqdır, zarafat edir. Amma bilmirəm niyə deyir. Sən demə o bilirmiş, getdiyi anı görür. Amma mən getdiyini görmürəm. Biz onu ciddiyə almadıq ki, bu, onun son sözləri olar. Ondan sonrasını danışmaq istəmirəm. Amma hər səhnəyə çıxanda Əlinin o sözləri qulağımdadır: Səni sevənlərin gözünü yolda qoyma, səhnəyə çıx, hər zaman şən əhval-ruhiyədə ol, dostumuz-düşmənimiz var. Başa düşmürdüm ki, bunları niyə deyir. Nə vaxt səhnəyə çıxıram, o səs qulağımdadır, elə bil dünən deyib".

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib. O, həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

37 müntəzəm avtobus marşrutu müsabiqəyə ÇIXARILIR

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Nuri Şahin Superliqa klubunun BAŞ MƏŞQÇİSİ oldu

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Ceyhun Bayramov Dohada özbək həmkarı ilə TDT-nin Zirvə Toplantısına hazırlığı müzakirə edib

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

Gəncədə mikroavtobusla maşın TOQQUŞDU - 3 nəfər xəstəxanalıq oldu

XİN başçısı Ərəb-İslam Sammitində Qətərin ərazi bütövlüyünə dəstək ifadə edib

XİN başçısı Ərəb-İslam Sammitində Qətərin ərazi bütövlüyünə dəstək ifadə edib

End of content

No more pages to load

RADİO