Keçmiş həyat yoldaşı Murad İsmayılla gah küsüb, gah da barışan aktrisa Ülviyyə Xəlilbəyli paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, yeni videosunu paylaşan Ülviyyənin şərhi müzakirə yaradıb:
“Məni səndən vaz keçirməyə kimsənin gücü çatmazdı. Vaz keçirən sən olduğun üçün səssizcə getdim”.
Bununla yanaşı hər kəs Ülviyyənin bu sözləri Murada şamil etdiyini yazıb. Həmçinin aktrisa izləyicilərdən birinin “Heç bir qadın isti ocağından getməz. O sevgini, dəyəri, hörməti görməyəndə gedər” şərhini bəyənib.
Qeyd edək ki, onların iki oğlan övladı var.
Sara,Bizim.Media