“”Türk” sözü bunları çox yandırır” - “İctimai”nin aparıcısı

Əməkdar incəsənət xadimi Ayaz Salayevin türk dili ilə bağlı qalmaqallı açıqlamasından sonra media nümayəndələri və ictimai xadimlər iki hissəyə ayrılıb.

Bizim.Media xəbər verir ki, xüsusilə də Feysbukda bu mövzu ətrafında müzakirələr gedir.

Kimisi “Türk dili bizim üçün təhlükəlidir” fikri ilə razı olsa da, kimisi ona qaşır çıxır.

İctimai TV-nin aparıcısı Nigar Sabirqızı da məsələyə münasibət bildirib. O, Əməkdar jurnalist Akif Aşırlının türk dili ilə bağlı fikirlərinə reaksiya verib.

“Hələ biri yazıb ki, biz niyə onların “filan” sözünü işlədirik? Etiraz edəndə ki, niyə biz və onlara bölürsüz? Yazıb ki, mən türkcüyəm, siz söhbəti başqa yerə çəkirsiniz. Türkcü adam Azərbaycanla Türkiyəni biz və onlara bölər? Cəsarətləri də çatmır ki, nəyə və kimə qulluq etdiklərini açıq desinlər. “Türk” sözü bunları çox yandırır”, - deyə, N. Sabirqızı bildirib.

Qeyd edək ki, Akif Aşırlı “Özlərini dilin “qoruyucuları” adlandıran bir qrup yazar yenə başlayıblar ki, Türkiyə türkçəsi dilimizin damarını “basıb” özgələşdirir. İki-üç hərf fərqinə baxmayaraq, kökü, ruhu, tarixi və yazı normaları bir olan eyni dil bir-birini necə özgələşdirə, damarını basa bilər?

Hələ utanmaz-utanmaz “Molla Nəsrəddin” dərgisindən tapdıqları bir karikaturanı da məqalələrinə əlavə edirlər ki, yazdıqlarını gücləndirsinlər.
 

Həmin bu dil damarı axtaranlara demək lazımdır ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda proletarlardan biri təklif etmişdi ki, “Kommunist” qəzetini “Molla Nəsrəddin”in dilində çap etmək lazımdır, çünki oxunmur, tirajı aşağıdır. Satira, yumor və sarkazmla yoğrulan “Molla Nəsrəddin”in dili ilə ideoloji iş aparmağın mümkün olmadığını həmin proletar anlamadığı kimi, bu “dil damarı axtaranlar” da özlərini pis vəziyyətdə qoyurlar.


Belə insanlar yazdıqlarına baxsınlar. Son illər Türkiyə mətbuatından dilimizə əlavə olunan, amma irad tutduqları kəlmələr elə öz doğma sözlərimizdir və çox asan tələffüz olunur. Həmin “damar axtaranlar” da yazılarında bu sözlərdən geninə-boluna istifadə ediblər və edirlər. Gedin başqa yerlərdə oynayın, cənablar!”deyə məsələni şərh etmişdi.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

End of content

No more pages to load

RADİO