Müğənni Ayaz Qasımova vəzifə verilib.
Bizim.Media “olay.az”a istinadən xəbər verir ki, bu haqda ilk dəfə sənətçi “Qonaqcanlı” verilişində açıqlayıb.
“Bəli, mənə təklif gəlib. Bu təklifi mənə etdiklərinə görə təşəkkürümü bildirirəm. Estrada fakültəsinə rəhbər olaraq təyinatım verilib. Bu Mədəniyyət və İncəsənət Universiteti deyil.
Hazırda bununla bağlı geniş açıqlama vermək istəmirəm. Çox yaxında biləcəksiniz. Qarabağda olacam. Qarabağ çiçəklənir, gözəlləşir. Böyük məmnuniyyətlə bu təklifi qəbul etmişəm, ora gedəcəm və fəaliyyətimi bu istiqamətdə davam etdirəcəm”, - deyə Ayaz vurğulayıb.
Bizim.Media