Məşhur türkiyəli aktrisa Fahriye Evcenin dəbdəbəli həyat tərzi yenidən gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, F.Evcen instaqram hesabında “Mercedes-Benz Unimog” markalı yolsuzluq avtomobili ilə fotolarını paylaşıb.
Onun bu görüntüləri müzakirə olunub.
Sosial şəbəkə istifadəçiləri aktrisanın bahalı avtomobilini zibil maşınına bənzədiblər.
Qeyd edək ki, Fahriye Evcen türkiyəli aktyor Burak Özçivitlə ailəlidir. Cütlüyün iki oğul övladı var.
Bizim.Media