Müğənni Afət Fərmanqızı açıqlamaları ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, o, sosial mediada açdığı canlı yayımda Xalq artisti Aygün Kazımovadan danışıb. A. Fərmanqızı deyib ki, Kazımovaya dekolteli geyimlər yaraşır:
“Aygün Kazımova səhnəmizin kraliçalarındandır, pop divamızdır. Ona açıq-saçıq geyim yaraşır. Aygün xanım geyinə bilər, bizim də Avropaya çıxası bir-iki müğənnimiz olsun, müasirliyimizi görsünlər. Ona baxıb soyunanlar var, onlara yaraşdırmıram. Bu yaxınlarda birini gördüm elə bil hamilə begemotdur. Aygün xanıma hər şey yaraşır, 60-da da, 70-də də, 80-də də elə olacaq”.
Sara, Bizim.Media