Türkiyədə evlilik proqramında tanış olan Nagehan və Fərid Abdullayev cütlüyü ikinci dəfə ayrılıb.
Bizim.Media xəbər verir ki, Nagehanın Fəridlə birgə bütün şəkilləri instaqramdan silməsi yayılan iddiaları təsdiqləyib.
Onların “Sevgililər günü”ndə ayrı olması, birgə paylaşım etməməsi də izləyicilərin diqqətindən yayınmayıb.
Qeyd edək ki, Nagehan və Fərid bir dəfə boşanıb. Təkrar barışan cütlük yenidən rəsmi nikaha daxil olub.
Onu da xatırladaq ki, onların iki övladı var.
Sara, Bizim.Media