Müğənni Nura Suri açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, Feysbukda status yazan Nura haqqında yayılan şayiələrdən söz açıb:
“Haqqımda o qədər absurd şayiələr danışırlar ki, özüm də şok oluram. Biri yazıb ki, Nura Surinin “Rus evi” ilə əlaqəsi var, “Rus evi” harada yerləşir, nədir, xəbərim yoxdur.
O biri deyir ki, Nura Suri massondur. Digəri deyir ki, Ərəb şeyxində ərdə olub. Sən Allah, yazanda və danışanda bir ətraflı məlumatlanın, heç olmasa. Ağlınıza gələni yazırsınız”.
Sara, Bizim.Media