Mərhum aktyor Azər Baxşəliyevin yeganə övladı 2 yaşlı qızı Züleyxaya maşın hədiyyə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə İlkin Həsəni sosial şəbəkə hesabında paylaşım edib.
Avtomobili Züleyxaya Azərin dostları Elşən Orucov, İlkin Həsəni, Nicat Rəhimov, Elçin Cəfərov və Azərin digər dostları hədiyyə ediblər.
Mərhum aktyor Azər Baxşəliyev uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib və yanvar ayında dünyasını dəyişib.
Bizim.Media