“Məleykə Əsədova onu ölümdən xilas etdi”

“Bu gün Zərnigar xanımın anım günüdür. Allah ona rəhmət etsin. Çox gözəl, istedadlı aktrisa idi. Onun hələ teatr tamaşalarına o vaxt baxmışdım. “Sevil” əsərində Dilbər rolunu möhtəşəm oynayırdı. “Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi”, “Ötən ilin son gecəsi” və s. televiziya tamaşalarında rəngarəng rollar yaradıb. İstedadının hüdudu yox idi. 7 noyabr onun ad günü idi. Heç vaxt bu tarixi unutmuram. Hər zaman da onu təbrik etmişəm. Bu gün də xatırlayıram”. 

Bizim.Media xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib.

O daha sonra əlavə edib:
 

“Biz teatrdan bir ildə, bir gündə ayrıldıq. O da, mən də incimişdik. Çox qəribə bir hadisə oldu. Mən onunla tərəf müqabili də olmuşam. Çox təəssüf edirəm ki, o tamaşalar lentə alınmayıb. Çox təəssüf! “Dişi canavar” tamaşasını biz Rus Dram Teatrında təhvil verdik. Çünki bizim teatrımız təmirə bağlanmışdı. 3-4 dəfə oynadıq. Zərnigar xanımın bir qəribə xasiyyəti var idi. 
Nəsə elə bil evindən küsmüşdü.


Tamaşanı təhvil verəndən sonra gördüm ki, hamı gedir.. O getmədi. Soruşdum ki, niyə getmirsiz? Dedi ki, mən burada qalacam. Mən onu orada qoymadım, min bir dillə evimə gətirdim. Gecə bizdə qaldı. Demək olar ki, səhərə qədər biz dərdləşdik. Xəstə idi elə bil. Dərdləşməyə adam axtarırdı. Bəlkə də elə ona görə o mənimlə gəldi. Zərnigar xanım sözünü deyən aktrisa idi. Mən onun xarakterinin vurğunu idim. Teatrda da çox böyük hörməti var idi, hamı onun xətrini çox istəyirdi” deyə aktrisa bildirib.

Kübra Əliyeva deyir ki, Zərnigar Ağakişiyeva dəfələrlə ölüm təhlükəsi ilə üz-üzə qalıb:

“Bir gün dedilər ki, Zərnigar xanım çox pis vəziyyətdədir. Səhv etmirəmsə beyin qanaması keçirmişdi. Bizim aktrisamız Məleykə xanım Əsədova onu ölümdən qurtardı. O dəqiqə onu gətirdi xəstəxanaya. Mən də yanına getmişdim. O vaxt həyata yenidən qayıtdı. Xatirimdə həmişə zabitəli, möhkəm xarakterli, istedadlı bir aktrisa kimi qalıb. Bu dünyada o ancaq teatr üçün yaşadı. Belə aktrisalarımız çox azdır. 

Ona sənət fədaisi deyirlər. Ailə qurmadı. Qurdusa da bilmirəm. Mən bu sualı ona vermədim. Amma onunla ailə həyatı qurmaq istəyənlər də var idi. O özü istəmədi.. Öz ömrünü teatra, səhnəyə həsr etdi. Allah ona rəhmət etsin. Həyatdan da tək köçdü.. Yanında heç kim olmadı. Bəlkə bir sözü var idi. Bəlkə nəsə deyəcəkdi? Çox təəssüf ki, o həyatdan tək getdi” deyə Kübra Əliyeva bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

End of content

No more pages to load

RADİO