“Film və seriala çəkilmək üçün qonorar çox istəyirəm. Bu qonorarı da sənətimə uyğun istəyirəm. Həm də gözəl ssenarilər olmaldır”.
Bizim.Media olay-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva qonaq olduğu “Həmin Zaur” verilişində deyib.
Aktrisa film və seriallara çəkilməməsinin səbəblərini belə nəql edib:
”Son vaxtlar gözəl rejissorlarımız yetişir. Onların filmlərində çəkilmək istərdim. İnşallah çəkiləcəyəm. Həm də xarakterimizdə belə bir şey var. İstənilən sahədə belədir. Hər kəs öz dost-tanışını ətrafına yığır. Hələ də belə bir pozisyada yer alıblar. İnşallah ki, dəyişəcəklər”.
Bizim.Media