Xalq artisti Mələkxanım Eyubovanın nəvəsi Adil əməliyyat olunub.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətkarın gəlini Səadət sosial media hesabında yazıb.
O, övladının burun əti - adenoid əməliyyatı olduğunu açıqayıb.
"Bitdi şükür. Balam adenoidlə bağlı əməliyyat olundu" deyə, paylaşımda bildirilib.
Qeyd edək ki, Adil M.Eyubovanın oğlu Cəfərin övladıdır. Cəfər 2014-cü ildə Səadət adlı xanımla evlənib. Onların bir qızı da var. Sənətçinin bloger qızı Nəzrin isə müğənni Mərdan Kazımovla ailəlidir.
Bizim.Media