Xalq artisti Emin Ağalarov bir müddət öncə keçirilən yarışda ““Sea Breeze”də pulsuz mənzil” yarışmasının qalibləri ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, videoda mənzili qazanan qazi ailəsi öz təəssüratlarını bölüşüblər.
“Mən fəxr edirəm ki, belə insanlar “Sea Breeze” sakinləri olacaqlar. Sizi gözləyirik!” - paylaşımda qeyd olunub.
Qeyd edək ki, yarışın qalibi Vətən müharibəsi qazisi Rauf Qasımovun həyat yoldaşı Türkan Qasımovadır.
Bizim.Media