“Diplomu olan qızı diplomu olan oğlana ərə verin. Qızın ən yaxşı cehizi diplomu, oğlanınkı isə hərbi xidmətə gedib gəlməyi”.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” verilişində deyib. Valideynlərə səslənən aparıcı bunları əlavə edib:
“Diplom göstərişdir. Diplomu olanın dünyagörüşü çox olur. Nə qədər valideyninə qarğış edən qız görmüşük: oxumaq istəmişəm, amma atam, anam 14 yaşında nişanlayıb, 16 yaşında ərə verib. Uşaqları oxudun, 21-ci əsrdəyik, amma orta əsrlərə qayıdırıq. İllərlə universitetə ayaq döyürsən və onunla birlikdə böyüyürsən”.
Bizim.Media