Xalq artisti Aygün Kazımova yeni fotosessiyasını izləyicilərinə təqdim edib.
Bizim.Media xəbər verir ki, sənətçi qırmızı rəngli uzun dar libasda obyektiv qarşısına keçib.
Pop diva obrazını tünd göz və qırmızı parıltılı dodaq makiyajı ilə tamamlayıb. O, saçlarını tünd qara rəngə boyadaraq, obrazına qaşlı saç düzümü seçib. Onun obrazı üzərində rusiyalı “makeup” ustası Stanislav Kremlev, saç düzümündə isə Roman Məmmədov çalışıb.
Pop diva fotosessiyasını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Bizim.Media