Xalası Nüşabə Musayeva ilə bağlı Ali Məhkəməyə müraciət etdi

Bir müddət əvvəl barəsində bəraət hökmü çıxarılan müğənni Nüşabə Musayeva ilə bağlı kassasiya şikayəti verilib.

Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, müğənninin xalası Şahsənəm Ağaddin qızı Canıyeva Səbail Rayon Məhkəməsinin Nüşabə Sabir qızı Musayeva barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini və bacısı qızının cəzalandırılmasını tələb edir.

Xatırladaq ki, müğənni Nüşabə Musayeva bir müddət əvvəl "Bizimləsən" verilişində atasının anasına xalası ilə xəyanət etdiyini demişdi.

Ş.Canıyeva bildirib ki, bacısı qızı canlı efirdə onun barəsində alçaldıcı ifadələr işlədib, təhqir və böhtana yol verib.

O, Nüşabə Musayeva barəsində məhkəməyə Cinayət Məcəlləsinin 147.1-ci (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət verib və ona dəymiş mənəvi zərərə görə müğənnidən 30 min manat təzminat da tələb edib.

Müğənni Nüşabə Musayeva isə xalasına heç bir böhtan atmadığını deyib. O, anasının vəfat etdiyi ərəfədə atası ilə xalasının evləndiyini və birgə nikahda yaşadığını yenidən təkrarlayıb. O, həqiqəti dediyini, heç bir təhqir və böhtana yol vermədiyini bildirib.
 

Şahsənəm Canıyeva isə həmin evliliyin kağız üzərində olduğunu və ev məsələsinə görə bacısının əri ilə rəsmi nikaha daxil olduğunu deyib.


Digər şahidlər də Şahsənəmlə Nüşabənin atası Sabir Musayevin birgə olmalarını, ər-arvad kimi yaşadıqlarını gördüklərini deyiblər.

Səbail Rayon Məhkəməsinin çıxardığı hökmlə Nüşabə Musayevaya bəraət verilib və Şahsənəm Canıyevanın təzminat tələbi rədd edilib.

Onu da qeyd edək ki, xalasının müğənni Nüşabə Musayevanın ittiham olunmasını tələb etdiyi Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, bu əməli törədən şəxs min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

End of content

No more pages to load

RADİO