Azərbaycanı 2010-cu ildə "Drip-drop" mahnısı ilə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safurə Əlizadə ailəsi ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı, iş adamı Fərhad Əliyev və qızları Ayşə ilə birlikdə çəkilən foto və videosunu sosial şəbəkə hesabında paylaşıb.
O, paylaşımına qısaca olaraq, ürək emojisi qoyub.
Qeyd edək ki, Safura və Fərhad cütlüyünün İsgəndər və Natiq adlı iki oğlan övladı da var.
Müğənninin əri mərhum sabiq Sənaye və Energetika naziri Natiq Əliyevin oğludur.
Bizim.Media