Amerikalı pop ulduz Teylor Svift prezidentliyə namizəd Kamala Harrisi dəstəklədiyinə görə cərimələnəcək.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp keçirdiyi brifinq zamanı deyib.
O qeyd edib ki, Svift Harrisi dəstəklədiyinə görə, qiymət ödəyəcək: “Mən heç vaxt Sviftin fanatı olmamışam”.
Qeyd edək ki, Teylor Svift daha əvvəl dövlət başçısı vəzifəsinə iki namizəd arasında noyabrın 5-də keçiriləcək seçkilərdə ABŞ-ın vitse-prezidenti Harrisə dəstəklədiyini bildirmişdi. Hazırda onun “Instagram” hesabına 283 milyon istifadəçi abunə olub.
Bizim.Media