Renka: “Bədənimi bu 10 ilin içində çox israf etmişəm” – VİDEO

“Mən müğənni deyiləm ki, 60 yaşına kimi oxuyum. Və ya gedim səs yazma studiyasında fonoqram yazdırım ifa edim. Məndə fonoqram olmur. Mən canlı rəqs edirəm. Canımdan, qanımdan gedir. Hamı nədənsə fikirləşir ki, rəqqasələr və idmançılar çox sağlam olur. Birdə görürsən ki, ikinci mərtəbəyə qalxıram ayaqlarım ağrıdan “qırılır”. Çünki bədənimi bu 10 ilin içində çox israf etmişəm. Dayanmadan işləmişəm”. 

Bizim.Media “olay.az”a istinadən xəbər verir ki, bu sözləri Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova “YouTube” da “Baylarsoylar” layihəsinə müsahibəsində deyib. 

Rəqqasə 10 il geriyə qayıdaraq həyatında üzləşdiyi çətinliklərdən söz açıb: 

“İnsanlar yalnız aysberqin görünən hissəsini görürlər. Amma altını görsəniz dəli olarsınız ki, mən necə bu illər ərzində işləmişəm. Zaman var idi ki, gecə saat 23:00-da restorana girirdim. 02:00-da oradan çıxıb digər restorana gedirdim. 06:00-da isə mən evə gedirdim. 4-5 saat yatıb sonra uşaqlarımla məşğul olurdum. Daha sonra isə saç ustası kimi çalışdığım gözəllik salonuna gedirdim. Mən iki il gizli şəkildə rəqqasəlik etmişəm. Çünki buna ailəm qarşı olub. Günortalar saç ustası işləyirdim gecələr isə gizlin rəqqasəlik edirdim. O zamanlar enerjim çox idi. Dayanmırdım… Amma özümü heçnə etdim.. Bu dəqiqə hər şeyi pul idarə edir”. 

Renka sevgilisinin kaprizlərindən danışıb: 

“Sevgilimlə harasa gedəndə ona deyirəm ki, al telefonu şəklimi çək. Ağzını əyib, şəkil çəkmək istəmir. Amma onu məcbur qalıb öyrətdim. İndi başlayıb şəkillərimi çəkməyə”. 

Renka bildirib ki, o sevdiyi şəxslə münasibətlərini rəsmləşdirmək istəmir: 

“Sevdiyim şəxsin bürcü buğadır. O çox ailəcanlıdır. Demək olar ki, o çalışır mənimlə yola getməyə. Mən ciddiyəti sevmirəm. Nə mənası var münasibətlərin kağız üstündə yoxsa belə olmasına… Bürcüm “dolça”dır. Məni kimsə nəyəsə bağlayanda özümü artıq pis hiss edirəm. Bu isə özümdən aslı olan məsələ deyil. Mən azadlığı sevən insanam. İnstaqramda özəl səhifəm var. Orada özəl və şəxsi həyatımı paylaşıram”. 

Ağamuradova məclislərin birində başına gələn xoşagəlməz hadisədən də danışıb: 

“Bir dəfə qayınana gəlinin acığına məni məclisə dəvət etmişdi. Bundan isə xəbərim yoxdur. Gəlin məclislə bir sifətdə oturmuşdur ki… Mən o üç mahnını oynayıb qutarana kimi həyatıma nifrət elədim. Heç kim yerindən qalxıb oynamadı. Gəlin isə acıqlı sifətlə oturmuşdu. Sonrada çölə çıxanda qayınana dedi ki, “Nə gəşəng elədim””. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

End of content

No more pages to load

RADİO