Türkiyənin məşhur kinoaktyoru Burak Özçivit ilk dəfə Rusiya istehsalı olan filmdə rol alacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.
Telekanalın məlumatına görə, türk seriallarının ulduzu aktyor Ruzil Minekaevin iştirakı ilə Rusiya layihəsində çəkilməyə razılaşıb.
Bildirilib ki, filmin çəkilişləri Almetyevskdə olacaq. Artıq Kazanda aktyor üçün otel otağı aktyorun adına sifariş olunub.bron edilib.
Qeyd edək ki, bu, Burakın karyera həyatında ilk rus dilli film olacaq.
Layihənin təfərrüatları açıqlanmır.
Bizim.Media