Əməkdar artist Firuzə İbadova evini satıb.
Bizim.Media xəbər verir ki, bu haqda müğənni, Firuzə İbadova Ülvira Qarayevanın "Həftənin qonağı" proqramında qonaq olarkən deyib.
İfaçı bir ildən çoxdur kirayədə yaşadığını söyləyib:
"1 il 2 aydır ki, kirayədə qalıram. Pandemiyada evimi satdım. İpotekada idi, hər şey dayandı, ödəyə bilmədim. Xoşluqla şirkətə gəldim, dedim pulunuzu çıxın, mənim haqqımı verin. Düşündüm, gedib ona uyğun ev alaram. Amma pandemiya uzandı, anam dünyasını dəyişdi. Anama 60 gün yas verdim. Bahalı evdə qalıram, amma 500 manat alırlar. Çətinliklə ödəyirəm. Toylara çox getmirəm".
Qızı Hülyadan söz açan F.İbadova bildirib ki, övladı həyat yoldaşından ayrılıb və onunla yaşayır.
Bizim.Media