Müğənni Sevda Əliqızı tez-tez alıb-satdığı evlərindən söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Elgizlə izlə" verilişində danışıb.
"Mənim gördüyüm pulları indiki yeni müğənnilər görməyib. Pulum, hər şeyim olub. Dəfələrlə yeni tikili binalarda evlərim olub. Birini alıb, birini satmışam. Heç vaxt burnumu qaldırıb baxmamışam. Kiməsə yuxarıdan aşağı baxmamışam. Kimin pulu, kimin şan-şöhrəti var. İnsanlıq qalacaq bu dünyada, hər şey gəldi gedərdi" - deyə S.Əliqızı qeyd edib.
Rəşad Əliyev, Bizim.Media