Nigar Şabanova qızının və anasının səhhətindən danışıb AĞLADI - VİDEO

“Qızım Nəfisə artıq yaxşıdır. Bir il idi ki, onun səhhətində ciddi problem var idi. Müalicələr alırdı. Nəfisə “övrə” (xalq arasında “qurdeşənəyi” — dərinin allergik mənşəli xroniki xəstəliyidir. Dəridə qaşıntılı köpəşmələr ilə özünü göstərir – red.) xəstəliyinin ən ağır forması idi. Bu xəstəlik onda anadangəlmə yox, sonradan yaranıb. Çox nadir xəstəliklərdən biridir. Nəfisənin bu xəstəliyi ilə bağlı Amerikaya belə müraciət etdik. Bu xəstəlik həm nevroloji, həm də qida ilə əlaqədardır. Çörək, ədviyyatlar, yağdan uzaq olmalıdır. Bu xəstəlikdə mal deyil, yalnız quzu əti yeyilməlidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.

Sənətçi bacısının uşağını övladlığa götürdüyü qızı Nəfisənin səhhətindən söz açıb. Ağır xəstəlikdən əziyyət çəkdiyini söyləyən Şabanova onun vəziyyətini yaxşılaşdırmaq üçün İtaliyadan iynə gətizdirdiyini bildirib:

“Nəfisənin beş yaşı var. Azərbaycanda bu xəstəliyin müalicəsini edən yaxşı ve peşəkar həkimlər var. Türkiyəyə müalicəyə aparmaq istəyirdim. Lakin mənə söylədilər ki, gətirsən belə burada bu xəstəliyin müalicəsi və çarəsi yoxdur. Qızının yaşı azdır. Bir iynə var, onu isə vurmaq üçün protokolda icazə yoxdur. Bu səbəbdən də Amerika ilə əlaqə saxladıq. Oradan da söylədilər ki, bu iynəni yalnız 7 yaşdan yuxarı uşaqlara vurulmalıdır. Bu iynə çox təhlükəlidir. Türkiyədən “yox” cavabı da alsam ora uçmalı idim. Təyyarəyə bilet almaq istəyərkən mənə zəng edib dedilər ki, Vətəndə bu xəstəliyi müalicə edən bir həkim var. Türk həkimləri Nəfisənin xəstəliyi ilə bağlı konsilium keçirdilər. Onun yaşı azdır və bu yaşda həmin xəstəlik çox nadir hallarda olur. Orada qərara gəldilər ki, risk də olmuş olsa, müəyyən bir doza da vurulmalıdır. İynəni tapmaq da çətin oldu. O iynəni Türkiyədən deyil, İtaliyadan tapdıq və hər ay o iynəni oradan gətizdiririk. İndi Nəfisə çox yaxşıdır. Bu xəstəlik sağalmasa da, o, Nəfisə ilə bir ömür boyu gedəcək. Amma yenə də ağırlaşmayacaq”.

Nigar, həmçinin anası Akifə xanımın da səhhətindən bəhs edib. Əməkdar artisti valideyninin koronavirusdan sonra ayaqlarının tutulduğunu və bu səbəbdən gəzə bilmədiyini qeyd edib:

“Gün o gün olsun ki, anamın ayaqları açılsın və mən onu ayaq üstə görüm (ağlayır). Allah bu möcüzəni anama yaşatsın. Anam koronavirus keçirdi və bundan sonra onun səhhətində ciddi problemlər yarandı. Çox çətindir”.
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

End of content

No more pages to load

RADİO