Dünya pop səhnəsinin ulduzu Ledi Qaqa hamiləliyi ilə bağlı yayılan şayiələrə cavab verib.
Bizim.Media xəbər verir ki, 38 yaşlı sənətçi sosial şəbəkələrdə qısa video yayımlayaraq həmkarı Taylor Sviftin “Down Bad” (Aşağı pis) mahnısından sitat gətirərək “Hamilə deyiləm, sadəcə idman zalında acı-acı ağlayıram” şərhini yazıb.
Qeyd edək ki, Ledi Qaqa 2020-ci ildən investor, “Facebook” sosial şəbəkə platformasının həmtəsisçisi və maliyyə sahibkarı Maykl Polanski ilə görüşür.



Rəşad Əliyev, Bizim.Media