Xalq artisti Emin Ağalarov qızı Afina ilə bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi həm özü, həm də övladı sehirbaz rolunda obyektiv qarşısına keçiblər.
Başına sehirbazın şlyapasını və eynəyini taxan Emin çəkdiyi fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Ağalarov sözügedən şəkilə “Evdə sehirbazı sifariş etdilər” qısa şərhini yazıb. Xalq artistinin digər paylaşdığı fotoda qızı Afina və həyat yoldaşı Alyona Qavrilova da yer alıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Emin Ağalarov Alyona Qavrilova ilə yenidən nikaha daxil olub.
Rəşad Əliyev, Bizim.Media