Aparıcı Xoşqədəm Hidayətqızı yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq.
Bizim.Media xəbər verir ki, bu haqda Əməkdar jurnalist sosial şəbəkə hesabında məlumat yayıb.
Xoşqədəm “Zülmətdən işığa” adlı proqramın tezliklə yayımlanacağını açıqlayıb.
“Tezliklə, “Zülmətdən işığa”... Bizi izləyin. Yenə bəyənərək izləyəcəksiniz”, - deyə Hidayətqızı bildirib.
Qeyd edək ki, X.Hidayətqızı “ARB” kanalında “Səni axtarıram” ictimai-sosial verilişə və “Günaydın, Azərbaycan!” musiqili - əyləncəli proqrama aparıcılıq edir.
Rəşad Əliyev, Bizim.Media