Rusiyalı aktyor Aleksey Paninin başı dərddədir.
Bizim.Media xəbər verir ki, Rosfinmonitorinq sənətçini Rusiyada terror aktlarına haqq qazandıran bəyanatlarından sonra terrorçular və ekstremistlər siyahısına əlavə edildiyini açıqlayıb.
Bu barədə idarənin saytında məlumat verilib.
Müvafiq siyahıda “Panin Aleksey Vyaçeslavoviç, 10 sentyabr 1977-ci ildə anadan olub, Moskva” qeyd olunub.
Yada salaq ki, Rusiyada Panin barəsində terrora haqq qazandırdığı üçün cinayət işi açılıb. O, 2022-ci ildə Krım körpüsünün partladılması ilə bağlı ictimai açıqlamalar verdikdən sonra problem yaranıb. Fevralın 15-də məhkəmə hazırda xaricdə yaşayan sənətçini qiyabi həbs edib.
Rəşad Əliyev, Bizim.Media