Ötən axşam təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətovun “Avroviziya”da finala keçməməsi sosial şəbəkələrdə narazılıq və etirazla qarşılanıb.
Bizim.Media xəbər verir ki, müsabiqənin pərəstişkarları və izləyicilər Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımovdan istefasını tələb ediblər.
Bununla bağlı, Eldarın “Instagram” sosial şəbəkə hesabında paylaşdığı sonuncu postuna yüzlərlə şərh yazıblar.
Onların əksəriyyəti Qasımovun iki ildir nümayəndə heyətinə rəhbərlik etməsi və bu müddət ərzində ölkəmizin finala keçə bilmədiyini vurğulayıblar. Qasımovun istefası ilə bağlı hətta (#Eldaristefa) həştəqi də yaradılıb.
Rəşad Əliyev, Bizim.Media