Əməkdar artist Elza Seyidcahan açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində bildirib ki, bir sıra proqramların efirinə ödəniş müqabilində qatılır.
Seyidcahan vurğulayıb ki, “Elgizlə izlə” və “Bizimləsən” ictimai-sosial verilişlərinə gedərkən aparıcılar ona pul verirlər:
“Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə, dostlarım – Zaur Baxşəliyev, Elgiz Əkbər məni dəyərləndirib pul verirlər. Elgiz mənə bir dəfə solo konsert edib”.
Rəşad Əliyev, Bizim.Media