"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəssalam!".
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında yazıb.
Tolik mərhum sənətkarlar, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla birgə verilişində çəkilən fotosunu paylaşaraq aparıcılara sərt mesajlar ünvanlayıb:
"Cavanşir müəllimin getdiyi və reytinq verdiyi verilişlərin heç birinin aparıcıları onunla vidalaşmağa gəlməmişdi. TikTok-da Cavanşir müəllimin danışdığı hissələri paylaşıb verlişlərinizi reklam edənlər, harada idiniz? Allah hər ikisinə rəhmət eləsin…".
Qeyd edək ki, C.Məmmədov ötən gün 70 yaşında evində qəfil ürəktutmasından vəfat edib.
Rəşad Əliyev, Bizim.Media