Model müalicə aldığı mərkəzdən qaçaraq keçmiş narkoman ərinin yanına qayıdıb – VİDEO 

Xəbər verdiyimiz kimi, uzun illər əvvəl Xalq artisti Faiq Ağayevin, müğənni Samir Bağırovun kliplərinə çəkilən, şou-biznesdə Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimova narkotik aludəçiliyindən xilas olmaq üçün bir neçə ay əvvəl “Elgizlə izlə” ictimai-sosial verilişinə gələrək kömək istəmişdi. Bu asılılıqdan qurtulmaq üçün veriliş vasitəsi ilə Təhminə 6 aylıq reabilitasiya mərkəzinə göndərilmişdi. 

Bizim.Media xəbər verir ki, proqramın aparıcısı Elgiz Əkbər bildirib ki, Rövşanə müalicəsinin 6 ayı tamam olmamış reabilitasiya mərkəzini özbaşna tərk edib və narkotik aludəçiliyindən əziyyət çəkən keçmiş ərinin evində gecələyib. 

Studiyaya gələn R.Kərimova bu addımını anasının dözülməz vəziyyətdə yaşaması ilə əlaqələndirib: 

“Anamın bu vəziyyətdə olması, xarabalıqda yaşaması mənim sağalmağıma maneə olur. Mən bunları qəbul edə bilmədim, buna görə də reabilitasiya mərkəzindən çıxdım. O hissləri qaldıra bilmədim”. 

Elgiz keçmiş modelə həm özü, həm də həkim tərəfindən maddi yardım olunduğunu vurğulayıb: 

“Mən sənə demədim ki, ev tuturam. Həkim də sənə bunun üçün dəstək göstərdi. Sənə dedim ki, müalicə aldığın mərkəzin yanında ev tutacağıq və həkim 4 ay əvvəlcədən kirayə pulunu ödəyəcək. Sən indi bunları bəhanə edirsən və keçmiş həyatına qayıtmaq istəyirsən. Sən gecəni narkotik asılılığından əziyyət çəkən keçmiş ərinin yanında keçirmisən. Axı, sənin orada nə işin var? Mən dünən sənə 100 manat pul da vermişdim. Xəstə və səfalət içində yaşayan anasını atıb çöllərə, 100 manatı da qoyub cibinə gedib keçmiş ərinin yanına. Mən çox heyifslənirəm ki, sənə o qədər insan dəstək oldu ki, sağalasan, düz yola qayıdasan, balalarının başının üstündə olasan. Anan qaraciyər serrozundan əziyyət çəkir”. 

Onun bu sözlərinə isə R.Kərimova bu fikirləri səsləndirib: 

“Mənim artıq narkoman profilim var. Mən nə desəm də, heç kim mənə inanmayacaq. Mənim narkotikdən aktiv istifadə etməyə fikrim yoxdur”. 

Qeyd edək ki, bir neçə ay əvvəl Rövşanə Kərimovanın (Təhminə - red.) anası sözügedən verilişə çıxaraq “Ziyan odur ki, şəhərin dörd bir tərəfində evlərimiz vardı. Belə ki, yarım milyonluq bir evimiz, Bayılda dəniz mənzərəli digər evimiz, Malakan bağında mənzilimiz, Sabunçu dairəsində yaşıl darvazalı villamız - hamısını satdı. Bu evləri qızım öz adına almışdı. Ona görə də satırdı. Sonuncu evi mən öz adıma keçirdim, onu da satdı. Əlimdən bu ev də çıxdı. Evin pərdələrinə kimi hər şeyi satdı. Qızım illər əvvəl tərcüməçi kimi çalışırdı. Bizim o qədər pulumuz var idi, bilmirdik, hara xərcləyək. Qohumlarımın əksəriyyətinə Bakıda gözəl şərait qurduq. Amma indi heç biri qızımın aludəçiliyinə görə yaxın belə durmur. Hamı bizdən uzaqlaşıb. Heç kim bizi saymır” açıqlamasını vermişdi. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

End of content

No more pages to load

RADİO