Cavanşir: “Allah mənə də fəhlənin can sağlığından versin ki, daşı-daş üstünə qoya bilim” - VİDEO

“Biz toyda doyunca çörək yeyə bilmirik. Ona görə ki, yemək səsi içəri batırı. Limonlu çay içə bilmirik. Çünki, limondakı turşu boğazı qıcıqlandırır və səs temberi dəyişir. Səs gücləndirici aparatın yanında 15 dəqiqə qalanda söz soruşsalar da amma eşitmirsən. Hər sənətin öz çətinlikləri var. “Bizim işimiz fəhlədən də ağırdır” sözlərini pis mənada deməmişəm. Demişəm ki, biz öz işimizin fəhləsiyik”. 

Bizim.Media xəbər verir ki,  bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətkar verilişlərin birində fəhlələrin gördüyü işin müğənnilikdən asan olduğu deməsinə aydınlıq gətirib. 

Cavanşir bu fikirlərinin yalnış anlaşıldığı üçün fəhlələrdən üzr istəyib:  

“Fəhlə qardaşlarım, əgər mənim bu sözlərim sizin xətrinizə dəyibsə, üzr istəyirəm. Üzr istəmək də böyüklükdür. Amma mən xətrə deyiləsi söz deməmişəm. Mənim sözlərimi verilişdə montaj edib paylaşıblar. Siz fəhlələrin işi hamıdan ağırdır. Amma yüngül işlər də var. Hər sahədə var. Axı onu sən niyə üzərinə götürürsən? Niyə mənə qarşı “briqada”, “komanda” düzəldirsiniz? O sözü deyən oğlan da öz telefonunu da yazmalıdır. Qoymursansa demək sözünü deyib, gizlənirsən. Belə etmək lazım deyil. Ola bilər ki, sən məni düzgün anlamamısan və ya mən səhv etmişəm. Səhv edən iki cism var: biri göydə Allah, ikincisi də yerdə ölüdür. Allahdan başqa hamı səhv edə bilər. Ona görə də sözlərinizə diqqət edin. Mən demişəm ki, bizim işimiz də fəhləlikdir... Biz nə məmur, nə də ki nazirik... Biz də xalqımıza xidmət edirik. İndi sən fəhlənin üzərinə ağır iş düşüb, digərinin isə yüngül. Təki Allah mənə də sən fəhlənin canının sağlığından verərdi, mən də gəlib daşı-daş üstünə qoya bilərdim. Elə insanlar var ki, hər şeyi olsa da amma canının sağlığı yoxdur. Bu da belə... Bu Azərbaycanı və burada olan villaları tikən elə sizin kimi oğullardı da... O villanı tikən insan günü 20 manata işləməyib ki... O villanın “smetası” tutulanda 500 min edib. Əgər o villanın qiyməti 5 milyondursa orada günü 20 manata işləyən olmayıb. Sən də zamanında peşə, texniki məktəbi oxuyardın indi də olardın “briqadir”, iş ustası, mühəndis. İndi sənin sahənə fəhləlik düşüb. Biz sənin işini görə bilmərik. Hərənin Allah tərəfindən öz yazısı var”. 

Qeyd edək ki, fəhlələrdən biri Cavanşir Məmmədova sosial şəbəkədə videomüraciət ünvanlayıb.

O, “Əgər dediyiniz kimi fəhlənin işi sizinkindən asandırsa, toyu idarə etmək üçün danışdığın pulu mən sənə verirəm. Gəl, bir gün mənimlə palçıq qarışdır. Aşağıdan yuxarı mərtəbəyə qum daşı, toyda danışdığın pulu sənə verməsəm, nakişiyəm. Sənə meydan oxuyuram, mən sənə fəhləlik meydanı oxuyuram” sözlərini dilə gətirib.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

End of content

No more pages to load

RADİO