Xuraman Şuşalı: \"Ərimə dedim ki, başqa qadında xoşbəxtlik tapsan, get\" - VİDEO

“İnsan zamanla fikirlərini dəyişə bilir. Vaxt var idi fikirləşirdim ki, həyat yoldaşım mənə xəyanət etsə, qadın olaraq ölərəm, amma bir ana olaraq övladlarımın xoşbəxt olması üçün yaşayaram. Amma indi belə düşünmürəm".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı aylar əvvəl aktrisa Xuraman Əlizadənin "Həyat yoldaşımın xəyanətini bağışlayaram" fikirlərinə münasibət bildirərkən deyib.

Sənətçi bildirib ki, rejissor əri Elçin Məmmədov ona xəyanət etməyib:

"Həyat yoldaşımla ailə quranda ona demişdim ki, nə zamansa məni sevməsən, başqa bir qadında xoşbəxtlik tapsan, get. Bu, Azərbaycan qadını üçün bəlkə də pis səslənə bilər. Amma bir kişi başqası ilə xoşbəxtdirsə, o, evdəkini artıq bədbəxt edir. Bunu İncəsənət Gimnaziyasında oxuyanda müəllimim, Əməkdar incəsənət xadimi Ayaz Salayev demişdi.

O vaxt ikinci dəfə ailə qurmuşdu. Soruşdum ki, ikinci dəfə niyə ailə qurdunuz? Cavab verdi ki, "Artıq mən onu yox, başqa qadını xoşbəxt etdiyimi başa düşdüm. Onu bədbəxt etmək haqqım yoxdur. O da öz xoşbəxtliyini tapmalıdır".

İnsan başqası ilə xoşbəxtdirsə, evdəkini də bədbəxt etməməlidir. Əgər xanım qərar verirsə ki, tam olaraq kişini ona buraxmıram, yenə də mənim həyat yoldaşımdır, evimdə rahat olum, evimə gəlsin, bunu başa düşərəm. Bu da onun öz prinsipləridir. Kişi onsuz da başqa yerdə xoşbəxtdirsə, bunu öz evində yarada bilməz. İnanmıram ki, başqasını sevən kişi evə gələndə xanımını, övladlarını xoşbəxt etsin. Bəlkə də belə atalar var. Məncə, başqasını sevirsə, onu tutub saxlamağın bir mənası yoxdur.  

Bir evdə yaşamaq olar, amma ər-arvad kimi yox, valideyn kimi. Yenə də insan böyük danışmamalıdır. Başıma gəlsə, onda bilərəm nə edərəm. Mən qadını çiçək hesab edirəm. Əgər sən məni sevmirsənsə, məni yox, başqa gülü qoxulayırsansa, necə olaram?"
Qeyd edək ki, Xuraman və Elçin cütlüyünün 4 övladı var.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

İlk oyunundan FOTOLARINI paylaşdı

İlk oyunundan FOTOLARINI paylaşdı

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

End of content

No more pages to load

RADİO