Builki “Avroviziya”da səslənəcək mahnımızın yayım tarixi açıqlanıb.
Bizim.Media xəbər verir ki, nəğmə martın 15-də ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, bu il yarışmada Azərbaycanı “Fahree” və İlkin Dövlətov təmsil edəcək. Müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda planlaşdırılıb. Təmsilçilərimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcəklər.
Rəşad Əliyev, Bizim.Media