Roza bir zənglə Vəfa ilə Şəbnəmi BARIŞDIRDI - VİDEO

Müğənni Roza Zərgərli ötən həftə söz savaşına çıxan həmkarları Şəbnəm Tovuzlu (Əsədova) ilə Vəfa Şərifovanı barışdırıb.

Bizim.Media xəbər verir ki, bu hadisə anbaan "Maqazin plyus" verilişində baş tutub.

Roza bu qalmaqalın özünü dırnaqarası fanat adlandırıb "suları bulandıran" həmin şəxsin "işi" olduğunu bildirib:

"Ucuz, "dumbul" adamlardır ortada söz gəzdirirlər və iki müğənninin arasına dava salırlar. Bunlar hamısı boş şeylərdir. Şəbnəm də Vəfa da yaxşı qızlardır. Bu dəqiqə onların adlarını çəkən şəxs ozünü gündəmdə saxlamağa çalışır. Vaxt var idi qəbul etmədiniz insanları indi efirdə müəllimə, xanım kimi təqdim edirsiniz. Bəs nə oldu?".

Daha sonra Zərgərli hər iki müğənniyə zəng edərək, onları barışığa çağırıb. 

Vəfa "Mən Şəbnəmlə barışmaq üçün hansısa addımlar atmışdım. Səhifəmdə də paylaşmışdım ki, qarşı tərəf arxamca nələr deyir və nələr danışır. Deyirlər ki, Şəbnəmin mənim arxamca danışdığı o səsli mesajlar köhnədir. Tutalım ki, köhnədir... Köhnə olsa da o səsli mesajlarda deyilənlər mənim ünvanımadır. O bu sözləri mənə deyib. Mən biabır olanda Şəbnəmə nə olacaq və əlinə nə keçəcək? Siz Roza xanımın xətrini mən dünyalar qədər istəyirəm. "Öl desəz ölərəm, qal desəz qalaram". Sizin bir sözünüzə hər zaman qulluğunuzdayam. Mən tərəfdən Şəbnəm xanıma qarşı heç bir neqativ addım görməyəcəksiniz. Roza xanım mənə zəng vurub xahiş edibsə mən də sizə öz adımdan söz verirəm" sözlərini dilə gətirib.

Şəbnəm isə Rozanın qarşı tərəflə yəni Vəfa ilə barışığa gəlməsi məsələsinə belə reaksiya verib:

"Çalışaram ki, bir daha belə bir şeylər efirdə aramızda yaranmasın. Bizim aparıcı dostlarımızda da günah çoxdur. O xanımın da, mənim də Allah yolumuzu açıq etsin. Amma belə şeylər etmək bir xanıma yaraşmaz. Mən bu xanımla bağlı artıq heç bir başqa söz deyə bilmərəm. Bir tək onu deyə bilərəm ki, Vəfanın sözə getməyi var. Bunu etməsin! Bu söz-söhbət axı nəyə lazımdır? Böyük bir məsələ də deyil. Vəfanın "Qorxdu efirə gəlmədi" dediyi videosunu fanatları dayanmadan atanda mən də söylədim ki, mənim də danışdığım videonu birləşdirin. Çünki, mən də orada məsələ ilə bağlı şərhimi bildirmişəm. Bu duel mənə təklif olunmayıb. Mənə bununla bağlı hər hansısa zəng də gəlməyib. Bu qalmaqal Vəfa ilə aramızda bitdi".

Qeyd edək ki, Vəfa Şərifova sosial şəbəkə hesabında Şəbnəm Tovuzlunun onun barəsində danışdığı səs yazısını yayaraq bu məsələ ilə bağlı münasibət bildirib. Vəfa Şəbnəmin onunla mənasız ədavət apardığını söyləyib. Şəbnəm isə bu səsli mesajların "köhnə" olduğunu vurğulayıb.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

End of content

No more pages to load

RADİO