Natali Portman 11 illik evliliyinə SON QOYDU – FOTO 

Dünya şöhrətli aktrisa Natali Portman 11 illik evliliyinə gizlincə son qoyub. 

Bizim.Media "People" nəşrinə istinadən xəbər verir ki, sənətçi fransız xoreoqraf Benjamin Millepieddən boşandığı təsdiqlənib. 

Ötən yay mətbuata Benjaminin "Oskar" mükafatlı aktrisanı gənc fəalla aldatması barədə məlumat sızmışdı. Şayiələrə görə, o zaman kino ulduzu ərinə bir şans daha vermək qərarına gəlib. Payızda cütlük hətta birlikdə gəzintiyə çıxıblar, lakin yanvar ayında Natali vəfasız əri ilə münasibətlərinin bitdiyini eyham edib. Düzdür, o zaman mənbələr onun hələ boşanma sənədləri vermədiyinə əmin idi. Amma yanıldılar. Belə ki, mənbənin yaydığı məlumata görə, Portman boşanma haqqında bəyanatı 2023-cü ilin iyulunda, yəni xəyanət xəbərindən dərhal sonra yazdı. Keçən ay aktrisanın son vaxtlara qədər Millepied və iki uşağı ilə yaşadığı Fransada məhkəmə onun vəsatətini təmin edib. 42 yaşlı Natalinin insayderi bildirib ki, sevdiyi adamın xəyanəti ilə üzləşən  “Oskar” qalibi çətin günlər keçirib. Bu çətin dövrdə dostları tərəfindən dəstəklənən aktrisa indi yavaş-yavaş normal vəziyyətinə qayıdır. 

"Natali həqiqətən çətin və ağrılı bir ili geridə qoyur, lakin o, daha güclüdür və ailəsində, dostlarında və işində sevinc tapır", - deyə anonim insayder vurğulayıb. 

Maraqlıdır ki, fevralın sonunda Portman ilk dəfə əri ilə bağlı vəziyyəti şərh etdiyi müsahibə verib. O, təfərrüatlara varmasa da, başına gələnləri “dəhşət” adlandırıb. 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

End of content

No more pages to load

RADİO