"Yeni ulduz" musiqili yarışması ilə məşhurlaşan Aygün Rəhimova ailə qurub.
Bizim.Media xəbər verir ki, sənətçi toy fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Aygün şəkillərdə həyat yoldaşının üzünü gizlədib. Müğənninin nikahı "Səadət Sarayı"nda baş tutub.
Qeyd edək ki, Aygün bir müddət əvvəl ana olub. O, sosial şəbəkədə soyadını dəyişərək Abduraxmanova qoyub. Aygün illər əvvəl müğənni Sabir Əhmədovla evli olub.
Rəşad Əliyev, Bizim.Media