Elnarə Abdullayeva: “Anladım ki, heç kimə hörmət qoymaq lazım deyil” – VİDEO 

“Efirlərə çıxmayacağam deyib, tövbə etmişdim. Biri var, sənətçi biri var sənətkar. Amma heç kim sənətkar sözünü demir. Onsuz da bu sözü demirlər. Bu 50 ildə görmədim ki, yaxşı oxuyana yaxşı ifaçısan desinlər. Mən televiziyalardan inciməmişəm, sadəcə iştirak etdiyim bir tədbirdə o qədər məni “dindən, dondan” çıxardılar ki, bundan sonra bütün hər şeyə tövbə etdim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi bildirib ki, dost məclislərindən başqa toylara və ziyafətlərə pulsuz getməyəcək: 

“Həmkarlarımın toylarına getməyə hər an hazıram. Onlar çıxmaq şərti ilə havayı toylara tövbə etmişəm. Qulağınızı açın, məni yaxşı eşidin. Sən məni öz həyətimizdə oxumağa layiq bilirsən, amma sən toyuna başqa ifaçını çağırıb, rəva bilirsən. Bu necə olur? Mən səni məcbur etməmişəm ki, məni öz məclisinə çağırasan. Mən səndən pul alıram? Belə çıxır ki, səndən pul almalıyam ki, onda yaxşı olum? Baxıb gördüm ki, heç kimə “yox” deyə bilmirəm, insanam da mən… Gördüm ki, bəzi insanlar həddini aşır. Mən insanlara insaniyyət cəhətdən yanaşıram. Sonra dedim ki, bütün günah, Elnarə, sənin özündədir. Günahı heç kimdə axtarma. Olmazlar olacaq….

Havayı toy olmayacaq. Mən bəzənib-düzənib çağırılan bütün toylara, məclislərə gedirdim. Bəzənmək adı gələndə isə elə bil, başıma qaynar su tökülür və orbitimdən çıxıram. Hər gün bəzənib çıxıram, nə ailəmdən, nə uşağımdan xəbərim yox, heç evdə duz qabının yerini belə bilmirəm. Mən sizə hörmət edirəmsə, bu, acizlikdən deyil. Mən sizə hörmətdən hörmət etdim. Amma mən ortaq məxrəcə gəldim ki, heç kimə hörmət etmək olmaz. Bu sözlərin ardından isə sonsuza qədər nida. Çünki insan insan olar. Üzərindən neçə ay keçdi, verilişlərdən zəng gəldi ki, gəlin, qonaq olun. Cavab verdim ki, tövbə etmişəm”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

End of content

No more pages to load

RADİO